Binədə marixuana plantasiyası saxlayan şəxs həbs edildi

15 Fevral 2019 11:29 (UTC+04:00)

Xəzər sakininin evindən çətənə plantasiyası aşkar edilib.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini C.Mecidova məxsus həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər.

Polis əməkdaşları tərəfindən oradakı istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 150 ədəd çətənə kolu və çəkisi 5,1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.
​Faktla bağlı araşdırma aparılır.

AzNews.az