Bank kartından oğurluq edən şəxs həbs olundu

15 Fevral 2019 12:25 (UTC+04:00)

Bank kartından oğurluq edən şəxs Binəqədi polisi tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, fevralın 11-də “102- Zəng Mərkəzi” Xidmətinə müraciət edən şəxs 3 gün əvvəl bank hesabından oğurluq edildiyini bildirib.

Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki bankomatların birindən həmin şəxsin hesabındakı 600 manatın çıxarılaraq oğurlandığı müəyyən edilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Qasımov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az