Metroda qorxulu anlar yaşandı, gəncin üzünə...

15 Fevral 2019 12:47 (UTC+04:00)

Fransanın paytaxtı Paris metrosunda qorxulu anlar yaşanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə 20 yaşlarında olan bir gəncin üzünə kimyəvi turşu atılıb.

Yaralanan gənc təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Gəncin üzündə və əlində yanıqlar olduğu bildirilib.

Hücum sərnişinlər arasında həyəcana səbəb olub. Polis bu əməli edən şəxsi axtarır.

Pərvanə Ağazadə

AzNews.az