İsrailin Polşadakı səfiri XİN-ə çağırıldı

15 Fevral 2019 15:11 (UTC+04:00)

Bu qərar İsrailin baş naziri Benyamin Netanyahunun İkinci dünya müharibəsi dövründə polşalıların faşistlərlə əməkdaşlıq etdiyi barədə açıqlaması ilə bağlı verilib.

Qeyd olunur ki, bir neçə gün əvvəl səfir nazirliyə məktub göndərərək B.Netanyahunun sözləri barədə məlumatın doğru olmadığını bildirmişdi. O əlavə edib ki, İsrailin baş naziri Polşa xalqının faşistlərlə əməkdaşlıq etdiyini deyil, faşistlərlə əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmadığını deyib.(trend.az)

AzNews.az