Zurabişvili Merkellə görüşəcək

15 Fevral 2019 16:02 (UTC+04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 20-21-də Almaniyaya rəsmi səfər edəcək.

Səfər çərçivəsində dövlət başçısı Almaniya kansleri Angela Merkellə görüşəcək.

Görüşdə Gürcüstan və Almaniya arasında ikitərəfli əməkdaşlıq, Cənubi Qafqaz bölgəsindəki vəziyyət və Avropa İttifaqı-Gürcüstan münasibətləri müzakirə olunacaq.

S.Zurabişvili Almaniyadan öncə fevralın 17-19-da Fransaya işgüzar səfər edəcək.

Səfər çərçivəsində o, Fransa Prezidenti Emanuel Makronla danışıqlar aparacaq.(report.az)

AzNews.az