Ana 1.5 yaşlı qızını öldürmək istədi - bədəninə iynə ilə paltar suyu vurdu

15 Fevral 2019 17:46 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində ana öz qızını öldürmək istəyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avcılar bölgəsində yaşayan Elif K. 1.5 yaşlı qızı Eylül Mirayı öldürməyə cəhd edib.

O, qızının bədəninə iynə ilə paltar suyu və duru sabun vurub, üzqırxanla bədəninin müxtəlif yerlərini kəsərək işgəncə verib.

Həkimlər şübhələndiyi üçün son 6 ayda 2 dəfə tutulan, ancaq günahı sübut edilmədiyindən sərbəst buraxılan qadın 1 həftə öncə polis mərkəzində etdiklərini boynuna alıb.

29 yaşlı qadın izahatında “Qızıma öyrəşə bilmədim, ölsün deyə etdim” deyib.

Pərvanə Ağazadə

AzNews.az