Moskva meriyasından ermənilərə jest

22 Aprel 2013 13:23 (UTC+04:00)
Moskva meriyası erməni icmasının Türkiyənin Moskvadakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməsinə icazə verib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aprelin 24-də Rusya Erməni İttifaqı uydurma "erməni soyqırımı"nın tanınması tələbi ilə Türkiyə səfirliyi qarşısıında etiraz aksiyası keçirməyi planlaşdırıb.

Qeyd edək ki, Moskva meriyası Azərbaycan diasporunun Xocalı soyqırımı ilə bağlı dinc aksiya keçirmək tələblərini dəfələrlə rədd edib. Sonuncu dəfə Azərbaycan-Yəhudi Dostluq İcması Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar fevralın 24-də dinc aksiya keçirmək üçün Moskva hökumətinə müraciət edib. Moskva hökuməti mitinqin keçirilməsinə əvvəl razılıq versə də, sonradan müxtəlif bəhanələr gətirərək vaz keçib.

AzNews.az