Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər

15 Fevral 2019 18:19 (UTC+04:00)

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tuta bilər.

Bunu “RİA Novosti”yə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, iki dövlət rəhbəri arasında görüşün mümkünlüyü müzakirə oluna bilər.

Z.Mnatsakanyanla Münhendə görüş imkanı barədə suala cavab verən Azərbaycan XİN rəhbəri deyib:

“Yəqin ki, ayaqüstü görüş mütləq olacaq. Biz görüşmək üçün bütün imkanlardan istifadə edirik”.

AzNews.az