PSJ-nin baş məşqçisi iki oyunluq cəzalandırıldı

15 Fevral 2019 18:45 (UTC+04:00)

Fransanın PSJ futbol klubunun baş məşqçisi Tomas Tuxel iki oyunluq cəzalandırılıb.

46 yaşlı almaniyalı mütəxəssis ölkə kubokunun iki matçında texniki zonada yer ala bilməyəcək.

Buna Tuxelin 1/8 final mərhələsində səfərdə "Vilfranş"la matçdakı davranışları səbəb olub.

Qeyd edək ki, qarşılaşma PSJ-nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Paris təmsilçisi 1/4 finalda "Dijon"la qarşılaşacaq. (report)

AzNews.az