İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürdü

15 Fevral 2019 19:44 (UTC+04:00)

İsmayıllı rayonunda marşrut avtobusu qadını vuraraq öldürüb.

Rayon sakini Nərgiz Bağıyeva yolu keçərkən 2 saylı marşrut avtobusu onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, N.Bağıyeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında operator vəzifəsində çalışırmış.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az