Bu ölkədə qızıl mədənlərini su basdı - 60 nəfər ölüb

16 Fevral 2019 09:01 (UTC+04:00)

Zimbabvedə qızıl mədənlərini su basması nəticəsində ən azı 60 nəfər həlak olub.

Bu barədə AFP-ə istinadən xəbər verilir.

Məlumata görə, hadisə Qərbi Maşonalend vilayətində baş verib. Belə ki, iki qızıl mədənini su basıb. Hadisəyə güclü leysan səbəb olub.

Yerli qəzet "Qerald" 23 nəfərin itkin düşdüyünü bildirib. Daha əvvəl bildirilirdi ki, Hararedə qızıl mədəninin divarlarının uçması nəticəsində 23 fəhlə ölüb. (Report)