Roma imperatorunun maskası Bolqarıstanda tapıldı

16 Fevral 2019 09:21 (UTC+04:00)

Bolqarıstan arxeoloqları Varna şəhərində yerləşən Canavara arxeoloji sahəsində maska aşkar ediblər.

Tapıntının Roma imperatorunun üzünü ifadə edən VI əsrə aid maska olduğu ehtimal edilir.

Regional arxeoloji muzeyin əməkdaşları bildiriblər ki, Bolqarıstan ərazisində birinci dəfədir ki, belə maskalar tapılır.

Hazırda alimlər dəqiqliklə hansı imperatora məxsus olmasını aşkar etmək üçün maskanın üzərini tam bərpa etməyə çalışırlar.

Bundan əlavə, arxeoloqlar ərazidə qədim su şəbəkə sistemləri də aşkar edib. (AZƏRTAC)