30 yaşlı qız 10-cu mərtəbədən yerə yıxıldı

16 Fevral 2019 10:52 (UTC+04:00)

İstanbulun Kartal ərazisində 10-cu mərtəbədən düşən 30 yaşlı memar Eda Yamanarslan həyatını itirib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda məlumatı “Sabah” qəzetindən Yunus Emre Kavak yayıb.

Ərindən keçən il boşandığı öyrənilən memar Eda Yamanarslan Kordonboyu yaşayış binasında tək yaşayıb. Hadisənin olduğu gecə evə içkili gəlib və naməlum səbəbdən balkondan yıxılıb.

Polislər kamera görüntülərini və Eda Yamanarslanın son görüşdüyü şəxsləri araşdırmağa başlayıb.

Yamanarslanın cənazəsi dünən torpağa tapşırılıb.

Qeyd edək ki, hadisənin intihar yoxsa, cinayət olduğu hələ ki, məlum olmayıb.

Səidə Nurməmmədli

AzNews.az