"Yoxluğun məni qocaltdı..." - Şahin Zəkizadənin ölümündən iki il ötür

16 Fevral 2019 12:31 (UTC+04:00)

Azərbaycanlı senarist və rejissor Şahin Zəkizadənin vəfatından iki il ötür.

AzNews.az xəbər verir ki, prodüser Aqil Adiloğlu mərhum Şahin Zəkizadəni xatırlayıb. O, rejissorun ölümü ilə barışmadığını qeyd edib:

“Aramızdan köçdüyün 2 il oldu. Bu iki il insana bəzən 20 il, bəzən də 2 gün kimi gəlir. Amma sənin yoxluğun məni qocaltdı, qardaşım. Allah sənə rəhmət eləsin”.

Qeyd edək ki, rejissor Şahin Zəkizadə 2017-ci ildə 38 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bahar RÜSTƏMLİ
AzNews.az