Rusiya azərbaycanlıları təxribatla bağlı bəyanat yaydılar

16 Fevral 2019 16:32 (UTC+04:00)

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təşkilatların birgə bəyanatında bildirilir ki, baş verən hadisələr iki qardaş xalq arasında düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır:

“Biz azərbaycanlılara və çeçen icmasının nümayəndələrinə müraciət edərək ağılagəlməz nəticələrə gətirib çıxara biləcək təxribatlara uymamağa və hər birimiz üçün çətin günlərdə daha sıx birləşməyə çağırırıq” - bəyanatda bildirilir.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən, 70-100 nəfərin iştirak etdiyi insident zamanı ölən və xəsarət alanlar var.

AzNews.az