XİN rəhbəri ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktorla görüşüb

16 Fevral 2019 21:17 (UTC+04:00)

“Report” xəbər verir ki, tərəflər Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə ABŞ rəsmisini məlumatlandırıb. Münaqişənin həllinin bölgədə dayanıqlı inkişaf və əminamanlığı təmin edəcəyi vurğulanıb.

Görüş zamanı tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi baş tutub.

AzNews.az