Bu ölkədə canavarların ovlanması qadağan edildi

17 Fevral 2019 09:42 (UTC+04:00)

Qazaxıstanın beş vilayətində 2019-cu ilin sonuna kimi canavarların ovlanması qadağan edilib.

Bu barədə qərar ölkənin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul edilib.

Nazirliyin açıqlamasında bildirilir ki, Akmola, Qərbi Qazaxıstan, Qaraqanda, Kostanay və Pavlador vilayətlərində canavarların sayı azlıq təşkil edir. Qeyd edilir ki, canavarlara zərər vermək yalnız onların ev heyvanlarına və yaşayış məntəqələrinə hücumu zamanı icazəlidir.(AZƏRTAC)

AzNews.az