Məşhur futbolçunun evi qarət olundu

17 Fevral 2019 14:10 (UTC+04:00)

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Kevin-Prins Boatenqin evi qarət olunub.

Hadisə ötən gün La Liqanın 24-cü turu çərçivəsində keçirilən "Barselona" - "Valyadolid" oyunu (1:0) zamanı baş verib. Naməlum şəxslər təxminən 300 min avro dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıblar.

Qeyd edək ki, Boatenq "Barselona"ya bu qış fasiləsində "Sassuolo"dan keçib.(teleqraf.com)

AzNews.az