Türkiyədə avtobus aşdı - Ölənlər var

17 Fevral 2019 16:17 (UTC+04:00)

Türkiyənin Mardin şəhərinin Midyat bölgəsində avtobusun aşması nəticəsində 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili yardım əməkdaşları cəlb olunub.

Mardin Dövlət Xəstəxanasına yerləşdirilən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.(AZƏRTAC)

AzNews.az