ABŞ-dan Bəşər Əsədə xəbərdarlıq

17 Fevral 2019 17:20 (UTC+04:00)

ABŞ Bəşər Əsəd hökumətinin Suriyanın şimal-şərq hissəsinə nəzarəti bərpa etməsinin əleyhinədir.

TASS-ın məlumatına görə, belə bir bəyanatla Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri çıxış edib.

“Şimal-şərqdəki məqsədlərimiz dəyişməyib. Onlar bölgədə təhlükəsizliyin qorunub saxlanmasını nəzərdə tutur. Konkret olaraq bu o deməkdir ki, biz Əsəd rejiminin ora qayıtmasını istəmirik. Çünki bu rejim sabitliyə xidmət etmir”, - deyə o vurğulayıb.(oxu.az)

AzNews.az