Göyçayda zəncirvari yol qəzası: xəsarət alan var

17 Fevral 2019 19:48 (UTC+04:00)

Göyçay rayonunda zəncirvari yol qəzası baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Üç avtomobilin qəzaya uğraması nəticəsində rayonun Çayarxı kənd sakini, 1983-cü il təvəllüdlü Akif Əhmədov xəsarət alıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib.

Qəza nəticəsində iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az