İran istehsal etdiyi sualtı gəmini təqdim etdi

17 Fevral 2019 20:06 (UTC+04:00)

İran Prezidenti Həsən Ruhani bu gün təntənəli şəkildə ölkəsinin istehsal etdiyi yeni "Fateh" sualtı gəmisini təqdim edib.

Gəmi qanadlı raketlərlə təchiz edilib. Gəminin çəkisi 600 tondur, o, ən müasir silahla təchiz olunub (torpedalar, dəniz minaları və qanadlı raketlər)

Mərasim İranın şəhəri Bəndər Lingə liman şəhərində (Hormozqan vilayəti) baş tutub. (trend)

AzNews.az