Mən Vladimir Putinə inanıram - Tramp

18 Fevral 2019 10:01 (UTC+04:00)

ABŞ-ın Federal Təhlükəsizlik Bürosunun sabiq direktorunun vəzifələrini icra edən Endyu Makkeyb Şimali Koreyanın nüvə proqramı ilə bağlı maraqlı açıqlamalarla yadda qalıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, o, CBSNews televiziyasına müsahibə verib.

Kəşfiyyatçının sözlərinə görə, Tramp bu mövzu ilə bağlı ABŞ-ın xüsusi xidmət orqanlarının hazırladığı materialdan daha çox Rusiya prezidenti Vladimir Putinə inanır:

"Tramp görüşlərin birində Putindən Şimali Koreyada qitələrarası ballistik raketlərin varlığı haqda soruşanda "Rəsmi Pxenyanda belə raketlər yoxdur" cavabını alıb. Xüsusi xidmət orqanlarının əməkdaşları isə Ağ Evin sahibinə bu informasiyanın doğru olmadığını deyiblər. O isə inadkarlıqla Putinə inandığını vurğulayıb".

Babək Göyüş

AzNews.az