Afətə görə Samiraldonun 3 minlik telefonunu qırdılar - VİDEO

18 Fevral 2019 13:02 (UTC+04:00)

Məşhur prodüser Tolikin (Tarix Əliyev) Youtube kanalının budəfəki qonağı müğənni Afət Fərmanqızı olub.

AzNews.az xəbər verir ki, o, müğənni Nüşabə Ələsgərli ilə aralarında yaşanan qalmaqaldan danışıb.

Bildirib ki, onların açılışda etdiyi mübahisənin görüntülərini Samiraldo çəkib. Bu çəkilişə narazı olan Nüşabə Ələsgərli qəfil stilistin telefonunu əlindən alaraq yerə çırpıb:

"Günah Samiraldoda oldu. Biz mübahisə edirik, niyə bizi çəkirsən? Qırılan telefonun qiyməti 3 min manat idi. Nüşabə dedi ki sənə yeni telefon alacam".

Qeyd edək ki, Bakıda gözəllik salonlarının birində müğənni Afət Fərmanqızı və Nüşabə Ələsgərli arasında "Pəncü şeş" mahnısına görə qalmaqal yaşanıb.

Aynur

AzNews.az