Musiqiçi və yazıçı, "Felaket Tellalı" ləqəbi ilə tanınan Onur Akay illərdir İbrahim Tatlısəsin orkestrində çalışan saz sənətçisi və mahnıların söz yazarı Şamil Benlinin vəfat etdiyini bildirib.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Onur Akay saysız-hesabsız mahnılarda imzası olan Şamil Benlininin dünən öldüyünü qeyd edib.
"İllərdir İbrahim Tatlısəsin orkestrində işləyən Benlinin mahnılarını Müslüm Gürses, Cengiz Kurtoğlu və İbrahim Tatlısəs kimi tanınmış simalar oxumuşdu. Çox sevilən sənətçimiz keçirdiyi əməliyyatdan sonra reanimasiyaya yerləşdirilmişdi. Təəssüf ki, bu həyatdan getdi”. Onur Akay belə deyib.
Səidə Nurməmmədli
AzNews.az