Türkiyəli məşhur aktyor Ahmet Kural sosial mediada paylaşdığı şəkillə diqqətləri üzərinə çəkib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçən il bir müddət eşq yaşadığı müğənni Sıla Gençoğlu ilə məhkəməlik olan və onu döydüyü iddiası ilə hakim qarşısına çıxan Ahmet Kural İnstagram hesabında paylaşdığı şəkillə böyük eşqini açıqlayıb.
Məşhur aktyor anası ilə çəkilmiş şəkli paylaşaraq “Ən böyük eşqim, Anamdır” yazıb.
Nigar CƏFƏR
AzNews.az