Ərəblərin rekord qiymətə aldığı tablo saxta çıxdı - Şok iddia

18 Fevral 2019 17:50 (UTC+04:00)

İki il öncə 450 milyon dollara satılan Leonardo da Vinçinin “Salvator Mundi” adlı tablosu ilə bağlı yeni qalmaqal başlayıb.

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmanla Əbu Dabi şahzadəsi Məhəmməd ibn Zayəd Əl-Nahyanın rəqabət apardıqları, açıq satışla 450 milyon dollara hərraca çıxarılan sənət əsərinin saxta olduğu iddia edilib.

Rəsmi kimin aldığı açıqlanmasa da, ingilis mətbuatı tablonun müəllifinin da Vinçi olmadığını iddia edib.

Həzrəti İsanın rəsmi olan əsərin Leonardo da Vinçi yox, rəssamın köməkçilərindən birinin çəkdiyi qeyd edilir.(teleqraf.com)

AzNews.az