"Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm" - Nikola Yurçeviç

18 Fevral 2019 20:37 (UTC+04:00)

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç təyinatı ilə bağlı sosial şəbəkədə paylaşım edib.

54 yaşlı xorvatiyalı mütəxəssis şəxsi "Facebook" hesabında "Azərbaycan milli komandasının baş məşqçisi olduğum üçün xoşbəxtəm" yazıb.

O həmçinin AFFA prezidenti Rövnəq Abdullayev və Bakıda Azərbaycan bayrağı fonunda çəkilən şəklini paylaşıb.

Qeyd edək ki, N.Yurçeviç fevralın 8-də Azərbaycan millisinin baş məşqçisi təyin olunub. (report)

AzNews.az