Goranboy sakini sirkə turşusundan zəhərləndi

19 Fevral 2019 00:21 (UTC+04:00)

Goranboy rayonunda zəhərlənmə hadisəsi baş verib.

Sirkə turşusundan zəhərlənən 31 yaşlı kişi tanışları tərəfindən xəstəxanaya aparılıb və həkimlərin tibbi yardımından sonra vəziyyəti sabitləşib.

Onun hansı səbəbdən sirkə turşusu içdiyi isə hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az