Sabah paytaxtın 5 rayonunda qaz olmayacaq
22 Aprel 2013 16:14 (UTC+04:00)
Sabah Nəsimi, Səbail, Yasamal, Xətai və Sabunçu rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək "Təzə Qanlıgöl" orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 18:00-dək "Ərəblinka" qaz kəmərində, saat 10:00-dan 17:00-dək isə "Məişət" qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Nəsimi, Səbail, Yasamal və Xətai rayonlarının bir hissəsinə, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.
AzNews.az