Milli Məclisin komitələrindən birinin tərkibi genişləndirildi

19 Fevral 2019 12:16 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb.

Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılıb.

Komitə üzvlüyünə 3 deputatın - Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb. Həmin deputatların namizədliyi səsverməyə çıxarılaraq komitə üzvü seçiliblər.

AzNews.az