Türkan Vəlizadə: Anamın mənə görə satdığı üzüyü tapdım - VİDEO

19 Fevral 2019 12:50 (UTC+04:00)

ARB TV-nin “Boş anlar” proqramının budəfəki qonağı müğənni Türkan Vəlizadə olub.

AzNews.az xəbər verir ki, o çətin günlərindən danışarkən göz yaşlarını saxlaya bilməyib.

“O vaxt çətinlikdə olanda anam qızıllarını aparıb satdı. Bu yaxınlarda qızıl mağazasında mənim üçün satdığı üzüyü gördüm. Dedim ki, o üzüyü mənə çatdırın. Bacım evə çatan kimi anama deyib ki, Türkan üzüyü tapıb. Anam dedi ki, xahiş edirəm ki, onu mənə alma. Pis oldum. Dedi ki, istəmirəm ki, o əziyyətli günlər təkrarlansın mənim üçün. O üzüyü görsəm? çətin günlərim yadıma düşəcək. Dedi ki, sən mənim üçün oğulsan. Atam da hər dəfə deyir ki, sən mənə görə oğulsan”.

Aynur

AzNews.az