“Ankara ilə Bakı arasındakı münasibətlər...” - Ərdoğanın köməkçisi

19 Fevral 2019 16:37 (UTC+04:00)

Türkiyə və Azərbaycan liderlərinin səyləri nəticəsində Ankara ilə Bakı arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Bunu Türkiyə prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Onun sözlərinə görə, ən çətin vaxtlarda Azərbaycan və Türkiyə bir-birini dəstəkləyib:

“Türkiyə ilə Azərbaycanın münasibətləri əvvəlki kimi bütün istiqamətlərdə inkişaf edəcək”.

Y.Topçu əlavə edib ki, ölkələr təhsil sahəsində də fəal əməkdaşlıq edir və Türkiyədə 20 min azərbaycanlı, Azərbaycanda isə 4 min türkiyəli tələbə təhsil alır.(trend.az)

AzNews.az