Brüsseldə Xocalı mitinqi üçün hazırlıq görülür

19 Fevral 2019 16:39 (UTC+04:00)

"Brüsseldə baş tutacaq Xocalı mitinqində Avropada yaşayan bir çox soydaşımızın fəal olmasını istərdim".

Bu sözləri AzNews.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk bildirib. Onun sözlərinə görə, mitinqin təşkilat komitəsinin üzvü Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi mitinqə ciddi hazırlığın getdiyini və orada yüzlərlə soydaşımızın iştirak edəcəyini qeyd edib:

"Xocalı mitinqi həm də həqiqətlərimizin Avropa ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərindən önəmlidir. Üstəlik, Brüsselin strateji önəmi də var. Əksər nüfuzlu beynəlxalq təşkilatların ofisləri orada yerləşir. Mitinq Xocalı soyqırımını bir daha onların diqqətinə çatdıracaq”.

QEYD: Mitinqdə iştirak etmək istəyənlər aşağıda göstərilən poçt ünvanı ilə əlaqə saxlaya bilərlər. Azerbaycan-Belcika Dostluk Cemiyeti (az.bel.dostlukcem@hotmail.com)

AzNews.az