Ögey atası tərəfindən döyülən 2 yaşlı qız həyatını itirdi

19 Fevral 2019 17:05 (UTC+04:00)

Türkiyənin Sakarya şəhərində ögey atası tərəfindən döyülən 2 yaşlı qız həyatını itirib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçən il ögey atası tərəfindən döyüldüyü üçün xəstəxanaya yerləşdirilən 2 yaşlı Esma Asel Kolat 84 gündür komada qaldıqdan sonra həyatını itirib.

Hadisə keçən ilin noyabr ayında baş verib. Esma Asel Kolat 28 yaşlı ögey atası Emre Salpat tərəfindən döyülərək xəstəxanaya aparılıb.

Esmanın bədəninin 8 yerində xəsarət izləri, kəllə sümüyündə 2 çat olduğu müəyyən edilib.

Nigar CƏFƏR

AzNews.az