Evli kişi ilə eşqə görə bacıları biabır etdilər - VİDEO

19 Fevral 2019 17:15 (UTC+04:00)

Əkiz bacılar Sevil və Sevincin yeni mahnısı qalmaqala səbəb olub.

AzNews.az xəbər verir ki, bacıların sözləri və musiqisi Elçin Məhərrəmova məxsus "Evlisən" adlı mahnısı tənqid edilib.

Sosial media istifadəçiləri evli kişinin, yaxud da qadının başqa birisi ilə eşq yaşamasını əxlaqsızlıq kimi qiymətləndiriblər.

Sevil və Sevincin rəsmi Youtube kanalında təqdim olunan sözügedən mahnıya çəkilmiş klip də birmənalı qarşılanmayıb.

Videonun rəylər bölməsində bacıların ünvanına sərt tənqidlər, hətta təhqirlər yazılıb.

Aynur

AzNews.az