Qubada “Prado” aşdı - İki nəfər kömək gözləyir

19 Fevral 2019 21:34 (UTC+04:00)

Qubanın Təngəaltı istirahət zonasında “Prado” markalı maşın aşıb.

Yolların buz bağlaması ilə əlaqədar olaraq avtomobilin sürücüsü idarəetməni itirib. İki nəfər - sürücü və yanındakı sərnişin köməksiz vəziyyətdə avtomobildə sıxışıb qalıb.

Hazırda FHN Xaçmaz regional mərkəzinin xilasecidiləri həmin əraziyə gedirlər.

Hadisə yerinə Quba rayon polis şöbəsinin əməkdaşları da cəlb olunub. (qafqazinfo)

AzNews.az