Modelyerin ölüm səbəbi və varisi açıqlandı

19 Fevral 2019 22:47 (UTC+04:00)

Modelyer Karl Laqerfeldin ölüm səbəbi açıqlanıb.

Modelyer mədəaltı vəzi xərçəngindən əziyyət çəkib. Fevralın 18-də təcili xəstəxanaya yerləşdirilən Laqerfild gecə saatlarında Neyi-syur-Sen şəhərində dünyasını dəyişib.

Son vaxtlar modelyerin səhhətinə və ağır iş tempinə görə zəiflədiyi qeyd edilib.

Karlın ölümündən sonra onun varisi "Chanel" dizayn-studiyasının direktoru Vircinia Viar olub. (qafqazinfo)

AzNews.az