Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elgün İmranlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzNews.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E.İmranlı 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, “Azərsu”nun sabiq əməkdaşı olmuş E.İmranlı vətəndaşların etibarından sui-istifadə edərək onların ümumilikdə 206 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
AzNews.az