Tramp ABŞ Kosmik Qüvvələrini yaratdı

20 Fevral 2019 09:13 (UTC+04:00)

ABŞ preizdenti Donald Tramp Kosmik Qüvvələrin yaradılması barədə memorandum imzalayıb.

“Gazeta.ru” xəbər verir ki, yeni qüvvələr ABŞ Hava Qüvvələrinin tərkibində fəaliyyət göstərəcək.

Məlumata görə, bu qərar ABŞ-ın kosmosdan istifadəsinin məhdudlaşdırılmasının qarşısını almaq və bu sahədə imkanlarını genişləndirmək məqsədilə verilib.

Kosmik Qüvvələrin rəhbəri Tramp tərəfindən göstəriləcək namizəd Konqres tərəfindən təsdiqləndikdən sonra məlum olacaq.(qafqazinfo.az)

AzNews.az