Türkiyə əfqan əşirətlərindən kömək istədi

23 Aprel 2013 07:01 (UTC+04:00)
Əfqanıstanda pis hava şəraiti ilə əlaqədar təcili enməyə məcbur olan helikopterdə Taliban tərəfindən girov götürülən 11 nəfər hələ azad edilməyib. 8-i türk, biri əfqan, 2-i isə rus olan girovların azad edilməsi üçün Türkiyə Əfqanıstandakı əşirət liderlərindən kömək istəyib.
Taliban Logarın Azər bölgəsində helikopterdəki şəxslərin onun əlində olduğunu öz internet saytında yayınladığı bildirişdə təsdiqləyib.
Şəxslərin canlı olaraq ələ keçirildiyi və ölkənin ən təhlükəsiz bölgəsinə göndərildiyi də vurğulanıb.

Elnarə
AzNews.az