Trampla Kim Çen Inın görüş yeri bəlli oldu

20 Fevral 2019 11:40 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək görüşün yeri məlum olub.

“Röyters” vəziyyətlə tanış olan 3 mənbəyə istinadən görüşün Vyetnamın paytaxtı Hanoyda hökumətin qonaq evində baş tutacağını yazıb.

Qeyd edək ki, dünya liderlərinin görüşü 27-28 fevral tarixlərində baş tutacaq.(qafqazinfo.az)

AzNews.az