Fransada hər il 41 min insan içkidən həyatını itirir

20 Fevral 2019 11:45 (UTC+04:00)

2015-2017-ci illərdə aparılan araşdırma əsasında hesabatda qeyd olunur ki, Fransada hər il 41 min insan içkidən həyatını itirir. Dünyasını dəyişənlərin 30 minini kişilər, 11 minini isə qadınlar təşkil edir.

41 min insandan 16 mini içki nəticəsində yaranmış xərçəng xəstəliyi nəticəsində vəfat edir.

Bildirilir ki, 65-75 yaşarası insanların 50 faizi hər gün içki içir, 18-24 yaşarası insanların isə 20 faizi tez-tez sərxoş olur.(qafqazinfo.az)

AzNews.az