38 yaşlı kişi narkotik maddənin təsirindən öldü

20 Fevral 2019 11:51 (UTC+04:00)

Sumqayıt şəhərində 38 yaşlı kişi narkotik maddənin təsirindən ölüb.

Hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, şəhərin 13-cü mikrorayonunda "qarajlar" deyilən ərazidə orta yaşlı kişinin meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindəın baxış keçirilib.

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliynin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Məlum olub ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Hüseynov Aslan Qəzənfər oğlu narkotik maddənin təsirindən ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.(report.az)

AzNews.az