DSX İrandan narkotik gətirən şəxsi yaxaladı - FOTO

20 Fevral 2019 12:34 (UTC+04:00)

Yardımlı rayonu ərazisində dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınarkən Masallı rayon sakini 1994-cü il təvəllüdlü Nəzirli Cavad Fikrət oğlu saxlanılıb.

Bununla bağlı AzNews.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 720 qr heroin, 2763 manat və üç ədəd mobil telefon aşkar olunaraq götürülüb. Həmin cinayətin digər iştirakçısı təqibdən yayınaraq meşə massivində gizlənməyə müvəffəq olub. Qeyd olunan şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bundan başqa, fevralın 18-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində xidmət aparan sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən sahildə kolluqların arasında gizlədilmiş halda 1 kq 85 qr heroin aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzNews.az