PKK-nın silah-sursatı ələ keçirildi - VİDEO

20 Fevral 2019 14:54 (UTC+04:00)

Türkiyənin Siirt şəhərində PKK terror qruplaşmasına aid mağarada gizlədilmiş silah-sursat ələ keçirilib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Siirtin Gökçebağ bölgəsində əməliyyat tədbirləri aparılıb.

Əməliyyat nəticəsində PKK üzvləri tərəfindən mağarada gizlədilmiş çox sayda silah-sursat götürülüb.

Nigar CƏFƏR

AzNews.az