Kiyevdəki parka Müslüm Maqomayevin adı veriləcək

20 Fevral 2019 16:54 (UTC+04:00)

Ukraynanın paytaxtı Kiyevdə parklardan birinə Azərbaycanın opera və estrada müğənnisi, Xalq artisti Müslüm Maqomayevin adı veriləcək.

Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası qərar verib.

Qeyd olunub ki, M.Maqomayevin adı şəhərin Seçevıe Streltsı küçəsi ilə Vyaçeslav Çornovil prospektinin kəsişməsindəki, “Kiyevskaya Rus” kinoteatrının yaxınlığındakı bağa veriləcək.

Bu qərar Azərbaycanın Ukraynadakı səfirliyinin təklifi əsasında qəbul edilib.(trend.az)

AzNews.az