Səudiyyə Ərəbistanının vəliəhdi Hindistana getdi - FOTOLAR

20 Fevral 2019 17:42 (UTC+04:00)

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman fevralın 20-də Hindistana səfər edib.

“CNNTurk” xəbər verir ki, onun səfəri iki gün davam edəcək.

Bildirilib ki, Hindistanın Baş naziri Narendra Modi protokolu pozaraq Yeni Dehlidə Məhəmməd bin Salmanı qarşılayıb. Hindistan Prezidenti Ram Nas Kovind tərəfindən vəliəhd rəsmi mərasimlə qarşılanıb.

“Bu əlaqələrin iki ölkənin yaxşılığı üçün davam və inkişaf etdiriləcəyinə əmin olmaq istəyirik. Prezident və Baş nazirin liderliyi ilə Səudiyyə Ərəbistan və Hindistan üçün gözəl işlər görə biləcəyimizə əminəm. Hindistana 100 milyard dollardan çox investisiya qoymaq üçün əlverişli biznes mühiti yaranıb”, - deyə Məhəmməd bin Salman vurğulayıb.(report.az)

AzNews.az