Azərbaycan-Polşa “Dostluq“ abidəsi ucaldıldı

23 Aprel 2013 08:03 (UTC+04:00)
Polşanın Qniezno şəhərində Azərbaycan-Polşa "Dostluq" abidəsinin açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu məqsədlə Polşaya gedib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, aprelin 23-də gerçəkləşəcək mərasimdə Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam konserti keçiriləcək.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Qniezno şəhər rəhbərliyi və digər aidiyyəti qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Bahar Rüstəmli
AzNews.az