Gəncədə 6 yaşlı uşağı avtomobil vurdu

20 Fevral 2019 18:58 (UTC+04:00)

Gəncə şəhərində 6 yaşlı uşağı avtomobil vurub.

Şəhərin Cavad Xan qəsəbəsində hərəkətdə olan maşın 2013-cü il təvəllüdlü Fərid Azər oğlu Məmmədovun sol ayağının üzərindən keçib.

Ağır xəsarət alan uşaq öncə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və ona sol ayağının sınığı diaqnozu qoyulub. F.Məmmədov daha sonra özəl xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az